Tez-tez verilən suallar


İcarəçilərə aid suallar (Avtomobil icarəyə götürmək istəyənlər üçün)

Niyə Rentbutik?

Rentbutik avtomobil icarəsi platforması həm kirayəçilərə, həm də avtomobil sahiblərinə ənənəvi rent a car xidmətləri ilə müqayisədə daha sərfəli şərtlər və geniş imkanlar təqdim edir. Bu, həm pula qənaət, həm də daha rahat və çevik maşın kirayəsi təcrübəsi deməkdir.

Maşın icarəyə götürmək üçün neçə yaşım olmalı?

Avtomobil icarəyə götürmək üçün 18 yaşdan yuxarı olmalı və sürücülük vəsiqəsiqəniz olmalıdır. Lakin avtomobil sahibləri elan yerləşdirərkən yaş həddi təyin edə bilərlər.

Başqasının adından avtomobil icarəyə götürə bilərəm?

Başqasının adından avtomobil kirayə verə və ya icarəyə götürə bilməzsiniz.

İcarəyə götürdüyüm avtomobil ilə xaricə gedə bilərəm?

Xeyr, icarə maşınlarımızı ölkə xaricinə aparmaq olmaz.

Necə rezervasiya edə bilərəm?

Tətbiqi yükləyin və bir neçə sadə addımda rezervasiya edin.

Ödənilmiş rezervasiya üçün dəyişiklik edə bilərəm?

Tətbiqimiz vasitəsilə ödənişli rezervasiya etmisinizsə, təəssüflə bildiririk ki, heç bir dəyişiklik edilə bilməzsiniz və sizə xatırlatmaq istərdik ki, ləğvetmə və geri qaytarma prosedurları üçün ləğv şərtləri tətbiq olunur. Ətraflı məlumatı buradan -> Ləğvetmə Siyasəti səhifəsində əldə edə bilərsiniz

Mən invoysu nə zaman əldə edə bilərəm?

İcarəniz bitdikdən sonra hesab-fakturanız e-poçt ünvanına göndəriləcək.

Kredit kartından başqa ödəniş metodu varmı? Nağd ödəniş etmək olarmı?

Təəssüf ki, kredit kartından başqa heç bir ödəniş variantı qəbul edilmir.

İcarəyə götürdüyüm avtomobildən razı deyiləm, dəyişə bilərəm?

İcarəyə götürdüyünüz avtomobildə texniki problem olarsa, Sizdən Bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

Mən eyni anda bir neçə avtomobil icarəyə götürə bilərəm?

Eyni anda yalnız bir avtomobil icarəyə götürə bilərsiniz. Bu, başqa rezervasiya edə bilməyəcəyiniz demək deyil. Fərqli tarixlər üçün rezervasiya edə bilərsiniz.

Üzərində sahibinin adı qeyd olunmayan kredit kart ilə icarəyə avtomobil götürmək olar?

Kredit kartında ad və soyad məlumatı yoxdursa, OLMAZ.

Avtomobil kirayəsinin minimum müddəti nə qədərdir?

Texniki olaraq avtomobili ən azı 1 günlük icarəyə götürmək mümkündür. Lakin bu müddət, avtomobil sahibinin müəyyən etdiyi minimum icarə limitinə görə dəyişə bilər.

Xaricdən gələn müştərilər üçün hansı sənədlər tələb olunur?

Xaricdən gələn müştərilərimiz üçün avtomobil icarəsi zamanı xarici pasport və beynəlxalq sürücülük vəsiqəsi tələb olunur.

Azərbaycan vətəndaşı üçün hansı sənədlər tələb olunur?

Avtomobil sahibi üçün – Şəxsiyyət vəsiqəsi, Qeydiyyat Səhadətnaməsi, Ümumi Etibarnamə İcarəyə götürən şəxs üçün – şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi.

Avtomobil sahibinin sualları (Avtomobili siyahıya almaq üçün)

Avtomobilim sığorta olunacaqmı?

İstədiyiniz sığorta paketini seçərək avtomobilinizi sığorta edə bilərsiniz.

Gündəlik sığorta ödənişinə kim cavabdehdir?

Gündəlik sığorta ödənişi avtomobili icarəyə götürən şəxsin üzərinə düşür

İcarəyə götürülmüş avtomobilə görə kim məsuliyyət daşıyır?

Zədələnmiş nəqliyyat vasitəsinin icarəyə götürülmüş avtomobil olub-olmamasından asılı olmayaraq, qayda belədir ki, qəzaya səbəb olan avtomobilin sürücüsü günahsız tərəfə dəymiş ziyana görə məsuliyyət daşıyacaq. Məsul şəxsin icarəyə götürülmüş avtomobili idarə etməsi faktı ümumiyyətlə heç bir fərq yaratmır

Gündəlik uyğun vaxtları necə təyin etmək olar?

Sizə uyğun saatları günlər üzrə daxil edin. Dəyişikliklərinizi yadda saxlayın.

Digər suallar

Təhlükəsizlik

Hər bir şəxs tərəfindən təqdim olunan sənədlərin həqiqiliyi təhlükəsizlik baxımından yoxlanılır.

Ləğv siyasəti

Ləğv siyasəti avtomobil sahibləri tərəfindən müəyyən edilir. Rezervasiya sorğusu Qəbul edildikdən sonra İcarəçinin və Avtomobil Sahibinin ödənişsiz ləğv etmək üçün 1 saat vaxtı var.